Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib
Sentyabrın 14-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə məlumat verib. Müzakirəyə əvvəlcə Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə Mədəniyyət komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Qənirə Paşayeva bildirib ki, hesabat dövründə komitənin 14 iclası keçirilib. İclaslarda 7 qanun layihəsi də daxil olmaqla 17 məsələ müzakirə olunub. Komitədə baxılan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclası tərəfindən qəbul edilib. Hesabat dövründə komitənin ünvanına daxil olmuş 2013 məktub, təklif, ərizə və şikayətin 1554-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. O, hesabat dövründə komitə tərəfindən vətəndaşların, xüsusən də yaradıcı şəxslərin qəbulu, Azərbaycanın və türk dünyasının mədəniyyət sahəsində fəaliyyət göstərən müvafiq təşkilatları ilə davam etdirilən əməkdaşlıq və digər tədbirlər barədə məlumat verib.
İclasda Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub.
İş planına əsasən, qarşıdakı sessiyada “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanun layihəsi ilə yanaşı, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması diqqət mərkəzində olacaq. Bundan başqa, komitədə dinləmələrin keçirilməsi, xüsusən də Azərbaycan Prezidentinin tapşırığı ilə hazırlanmaqda olan Mədəniyyət Strategiyası ilə bağlı Milli Məclisdə geniş müzakirələrin aparılması nəzərdə tutulub.
Sonra iclasda Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb. Q.Paşayeva bildirib ki, layihədə “Teatr və teatr fəaliyyəti haqqında” Qanuna nəzərdə tutulan dəyişikliyə komitə öz rəyini bildirməlidir. Bildirilib ki, təklif olunan dəyişiklik səhiyyədə icbari tibbi sığortanın tətbiqi, eyni zamanda, onun dayanıqlı maliyyə təminatını yaradan icbari tibbi sığorta haqları ilə bağlıdır.
Müzakirələr zamanı Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa, komitə üzvləri Nizami Cəfərov, Cavanşir Feyziyev, Əziz Ələkbərov, Ülviyyə Həmzəyeva və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək gündəlikdəki məsələlərlə bağlı öz fikirlərini bildiriblər. Çıxış edənlər komitənin hesabatını yüksək qiymətləndiriblər, komitənin yaradıcı insanlara göstərdiyi diqqəti təqdirlə qarşılayıblar, müzakirə olunan məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər. Deputatlar komitənin gündəliyinə çıxarılan qanun layihəsini Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə tövsiyə ediblər.
İclasda deputat Mixail Zabelin və digər rəsmi şəxslər də iştirak ediblər.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib