Prezident İlham Əliyev sentyabrın 14-də Cəlilabad rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamla Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyevin bu gün imzaladığı digər bir sərəncamla isə Rafiq Cəlilov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.