logo

Azərbaycanın daha 11 şirkətinə Rusiyaya alma ixracına icazə verildi

11:51 14-09-2021 | icon 2471
Azərbaycanın daha 11 şirkətinə Rusiyaya alma ixracına icazə verildi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") daha 11 Azərbaycan şirkətinin ölkəyə alma ixrac etməsinə icazə verib.

YeniAvropa xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb. 

Məlumata görə, bu qərar müəssisələrin fitosanitar monitorinqinin nəticələrinə əsasən və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə qəbul edilib.

Həmin sahibkarlıq subyektləri aşağıdakılardır:

- "VELBA" MMC (Quba rayonu);

- Mamed-Zadə Qurban Nüsrət oğlu (Quba rayonu);

- MMC "SARA 313" (Quba rayonu);

- MMC "RR-AGRO" (Quba rayonu);

- Yalçın Nemət Oktay oğlu (Quba rayonu);

- Ayaz Ələkbərov Laçın oğlu (Qusar rayonu);

- Agasieva Rakhshenda Gamdulla qızı (Quba rayonu);

- Tağıyeva Təranə Sabir qızı (G. Xaçmaz);

- İP Əliyev Ramin Mehdi oğlu (Quba rayonu);

- MMC "GUBA AGRO" (Nərimanov rayonu);

- İsmayılova Xəyalə Həsənbaba qızı (Xətai rayonu).