logo

Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlir

14:44 13-09-2021 | icon 7343
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlir

Avropa İttifaqının(Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Azərbaycana səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Yerəvanda səfərdə olan T.Klaar bu gün özünün "Twitter" hesabında yazıb. 

O, iki gün Ermənistanda ölkə rəsmiləri ilə mühüm görüşlər keçirəcəyini qeyd edib.

Yerevandan sonra  Aİ rəsmisinin Bakıya gələcəyi planlaşdırılır.

O, səfər çərçivəsində Bakıda bir sıra rəsmi şəxslərlə görüşəcək.