logo

Masallıda 53 yaşlı kişi özünü quyuya atıb intihar etdi

21:32 09-09-2021 | icon 10535
Masallıda 53 yaşlı kişi özünü quyuya atıb intihar etdi

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Mahmudavar kəndində 1 nəfərin özünü su quyusuna atması barədə məlumat daxil olub.

FHN-dən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar nazirliyin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.