logo

“Toppuş bacı”da yenidən şiş aşkarlandı

16:28 08-09-2021 | icon 134715
“Toppuş bacı”da yenidən şiş aşkarlandı

Uzun müddətdir xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.

YeniAvropa xəbər verir ki, aktrisanın bədənində yenidən şiş aşkarlanıb.

Bu haqda aktrisa sosial şəbəkə hesabında məlumat paylaşıb. "Bir ay əvvəl kürəyimdə ağrılar yarandı, həkimə getdim. Şiş aşkarlandı. Bu dəfə sümükdə törəmə oldu. Şüa götürdüm ki, bəlkə balacalaşa, amma yetmədi. Əksinə şiş yayıldı, ağciyərimə keçib. Kimyaterapiyaya başlamışıq. İkinci olub, ümid edirəm ki, bunu da atladacam", - deyə Tünzalə Əliyeva yazıb.

Qeyd edək ki, aktrisa mədəkiçiltmə əməliyyatı etdikdən sonra səhhətində problem yaranmış və bir neçə ildir ki, xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılıb.