logo

Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

10:30 08-09-2021 | icon 13916
Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

Sentyabrın 10-dan 18-dək paytaxtımızda Beynəlxalq Bakı Caz Festivalı 2021 keçiriləcək.

YeniAvropa xəbər verir ki, builki festivalda caz həvəskarları ustad dərslərin, cem-seyşnlərin şahidi olacaq və şəhərin müxtəlif musiqi məkanlarında tanınmış ifaçıların möhtəşəm konsertlərini izləyə biləcəklər.

Ənənəyə görə, festival çərçivəsində azərbaycanlı musiqiçilərlə yanaşı, müxtəlif ölkələrdən gəlmiş məşhur ifaçılar da konsert proqramları ilə çıxış edirlər.

Festivalda virtuoz pianoçu İsfar Sarabski, təkrarolunmaz saksofon ifaçısı Rain Sultanov, Elvin Bəşirov qrupu, “Elbəy Məmmədzadə triosu”, Almaniyadan “Kristof Lauer triosu”, Rusiyadan “Anna Kaşina and Jazz Du Soliel” qrupu, Gürcüstandan Maya Barataşvili, Türkiyədən Sinem İslamoğlu və digər caz ustalarının çıxışları gözlənilir.

Festival “Beer Hall and Music Club”da saat 19:00-da “Fetiblue triosu”nun çıxışı ilə başlayacaq. Həmin gün saat 21:00-da “Dock in Absolute” qrupu öz ustalıqlarını nümayiş etdirəcək. Gecə cem-seyşnla davam edəcək.

Festival pandemiya qaydalarına uyğun təşkil olunacaq. Vaksin olunmayan şəxslər konsertlərə buraxılmayacaq.