logo

Azərbaycanın-Türkiyə hərbi təlimləri davam edir-bu dəfə dənizdə

11:33 07-09-2021 | icon 8309
Azərbaycanın-Türkiyə hərbi təlimləri davam edir-bu dəfə dənizdə

Azərbaycanın və Türkiyənin sualtı hücum və müdafiə qruplarının birgə təlim-məşqləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, təlimin növbəti mərhələsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.

Katerlərin də iştirakı ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.