logo

Bu gündən ali məktəblərə qəbul olunan tələbələrin qeydiyyatı başlayır

09:16 07-09-2021 | icon 2905
Bu gündən ali məktəblərə qəbul olunan tələbələrin qeydiyyatı başlayır

Ali məktəblərə qəbul olanların onlayn qaydada qeydiyyatı başlanır.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, tələbə adını qazanmış şəxslər sentyabrın 7-dən 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.