logo

Azərbaycanda məktəblərin açılma tarixi bəlli oldu

21:49 06-09-2021 | icon 3227
Azərbaycanda məktəblərin açılma tarixi bəlli oldu

Azərbaycanda məktəblərdə əyani təhsilin başlayacağı tarix bəlli olub.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindəki mənbə məlumat verib. 

Bildirib ki, Təhsil Nazirliyi tərəfindən sabah keçiriləcək brifinqdə bəyan olunacaq bu məsələ ilə bağlı artıq müvafiq qərar qəbul edilib.

Beləliklə də, sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə dərslərə başlanacaq.

Təhsil Nazirliyi tərəfindən sabah saat 14:00-da keçiriləcək brifinqdə nazir Emin Əmrullayev qərarın detallarını açıqlayacaq.