logo

Oksford Universiteti ardıcıl 6-cı dəfə "dünyanın ən yaxşı universiteti" oldu

17:33 03-09-2021 | icon 3563
Oksford Universiteti ardıcıl 6-cı dəfə "dünyanın ən yaxşı universiteti" oldu

Britaniyada nəşr olunan “Times Higher Education” jurnalı “Dünyanın ən yaxşı universitetləri” siyahısını açıqlayıb.

YeniAvropa xəbər verir ki, reytinq siyahısı ümumilikdə 93 ölkədən 1500-dən çox universiteti əhatə edib.

ABŞ və Britaniya universitetləri ilk sıralarda yer alıb. Oksford Universiteti 6 ildir dünyanın ən yaxşı universiteti olaraq yerini qoruyur. Onun ardınca siyahıda ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu və Harvard Universiteti gəlir. Stanford Universiteti dördüncü, Massaçusets Texnologiya İnstitutu isə beşinci sıradadır.

Türkiyənin Koç və Sabancı universitetləri isə ilk 600-lükdə yer alıb.

Jurnal bu sıralamanı tərtib edərkən təhsil müəssisələrinin elmi araşdırmaları, beynəlxalq iş və mövqeləri, gəlirlərinin artması və keçən il siyahıda sıralanması kimi 13 faktoru nəzərə alır.