Bakıda mənzildə partlayış hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə Nizami rayonu "8-ci km" qəsəbəsi Elşən Süleymanov küçəsindəki çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb.
Belə ki, mənzilin mətbəxində qaz balonu partlayıb. Nəticədə həmin mənzildə yaşayan Məmmədzadə Samirə Həsən qızı və övladı ciddi xəsarət alıblar.
5 saylı Kliniki Xəstəxanasından verilən məlumata görə, ana və övladının bədəninin 60 faizi yanıb.
Hazırda onların sağ qalmaları üçün xəstəxanada mümkün tədbirlər həyata keçirilir.