logo

Gəncədə qadın qonşusunu bıçaqlayıb öldürdü

10:01 01-09-2021 | icon 5887
Gəncədə qadın qonşusunu bıçaqlayıb öldürdü

Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat verilib.

Gəncə şəhər Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədovanın yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək S.Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəbbət Əhmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq davam edir.