logo

Daşkəsən sakini ermənilərin basdırdığı minaya düşdü

15:13 30-08-2021 | icon 6097
Daşkəsən sakini ermənilərin basdırdığı minaya düşdü

Bəzi kütləvi informasiya vasitələrində Daşkəsən rayon sakininin Ermənistan Respublikası ilə sərhəd olan kənddə minaya düşməsi barədə müxtəlif məlumatlar yayılıb.

YeniAvropa xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti  hadisə ilə bağlı Daşkəsən rayon Prokurorluğuna istinadla açıqlama yayıb.

Prokurorluğun məlumatında bildirilib ki, 2021-ci il avqustun 29-da Tağıyev Şükür Əşrəf oğlunun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən Daşkəsən rayonunun Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən “Təkqaya” adlanan ərazisində minaya düşüb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.