logo

Şirvanda çörəkbişirmə sexində partlayış: 1 nəfər ölüb

11:13 30-08-2021 | icon 5096
Şirvanda çörəkbişirmə sexində partlayış: 1 nəfər ölüb

Avqustun 29-u saat 23:50-də Şirvan şəhəri T.İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində partlayış baş verməsi nəticəsində bir nəfərin ölməsi barədə şəhər prokurorluğuna məlumat verilib.

Şirvan şəhər Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla sexdə qaz sızması səbəbindən baş verən partlayış nəticəsində sexin yaxınlığında quraşdırılan, suyun qızdırılmasını təmin edən dəmir sobanın 60 metr uzaqlıqda olan avtomobilə dəydikdən sonra yaxınlıqda dayanmış Zaur Əliyevə dəydiyi, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində öldüyü müəyyən olunub.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 187.1-ci (xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.