logo

Masallıda qısqanc ər arvadına 20 bıçaq zərbəsi vurdu

22:13 28-08-2021 | icon 5180
Masallıda qısqanc ər arvadına 20 bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb.

 YeniAvropa xəbər verir ki, hadisə rayonun Xıl kəndində baş verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb.

Qadın yaralı halda Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bədəninin müxtəlif yerlərindən 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. 
 
Faktla bağlı araşdırma aparılır.