logo

"Qızılağac"  dövlət qoruğunda 10 hektar ərazi yanır

14:13 27-08-2021 | icon 4403
"Qızılağac"  dövlət qoruğunda 10 hektar ərazi yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Lənkəran şəhəri Balıqçılar qəsəbəsinin Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın hadisəsi barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 10 hektar sahədə kol-kos yanır.

Əlavə məlumat veriləcək.