logo

Ötən gün dənizdə batan 10 yaşlı oğlanın meyiti tapıldı

17:27 26-08-2021 | icon 4431
Ötən gün dənizdə batan 10 yaşlı oğlanın meyiti tapıldı

Avqustun 25-də Sumqayıt şəhərinin dəniz sahilində (nəzarətsiz ərazidə) batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun axtarışları başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu gün günorta saatlarında H.Qələndərlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.