logo

Paytaxtda avtokran aşdı-sürücüsü öldü

14:44 26-08-2021 | icon 4578
Paytaxtda avtokran aşdı-sürücüsü öldü

Avqustun 25-də Ülfət Şəmiyevin stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla Ülfət Şəmiyevin Binəqədi şosesində yerləşən “VS Enerji Servis” MMC-nin sifarişi əsasında idarə etdiyi 99-MU-989 dövlət qeydiyyat nişanlı avtokranı və 99-ZB-989 dövlət qeydiyyat nişanlı qoşqunu idarə etdiyi zaman avtomaşının ətalətini itirərək qoşqunun üzərinə aşması nəticəsində onun avtomaşınla qoşqunun arasında qalıb öldüyü müəyyən olunub.

Hazırda fakt üzrə Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.