logo

Buzovnada “Qazel” yolu keçən qadını vurub öldürdü

15:51 25-08-2021 | icon 4753
Buzovnada “Qazel” yolu keçən qadını vurub öldürdü

Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Züleyxa Məmmədova həmyerlisi İ.Əliyevin idarə etdiyi “Qazel” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.