logo

Məleykə Abbaszadə bu gün sizin sualınızı gözləyəcək

10:55 25-08-2021 | icon 4781
Məleykə Abbaszadə bu gün sizin sualınızı gözləyəcək

Dövlət İmtahan Mərkəzinin(DİM) sədri Məleykə Abbaszadə bu gün V ixtisas qrupu üzrə seçim edəcək abituriyentlərin və subbakalavrların suallarını cavablandıracaq.

YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən bildirilib.Qeyd edilib ki, bu gün saat 15:00-da DİM-in “Facebook” səhifəsi vasitəsilə Məleykə Abbaszadə V ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlara ixtisas seçimi zamanı diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək və onların suallarını cavablandıracaq.

Qeyd edək ki, abituriyentlər ixtisas seçimi ilə əlaqədar olan sualları canlı yayım zamanı müvafiq postun altına yaza bilər.