logo

Qubada “Mercedes” ağaca çırpıldı, beş nəfər öldü

10:10 25-08-2021 | icon 4158
Qubada “Mercedes” ağaca çırpıldı, beş nəfər öldü

Qubada beş nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü və avtomobildəki 4 sərnişin ölüb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri deformasiyaya uğrayan avtomobildən meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.