logo

Rusiyadan Azərbaycana gələn ailə Dərbənddə qəzaya düşdü-ana və 2 övladı öldü

09:09 25-08-2021 | icon 3850
Rusiyadan Azərbaycana gələn ailə Dərbənddə qəzaya düşdü-ana və 2 övladı öldü

Rusiyadan Azərbaycana gələn ailə üzvləri avtomobil qəzasına düşüb, ölənlər və yaralananlar var.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,hadisə Dərbənd ərazisində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Rusiyada yaşayan, əslən Daşkəsən rayonundan olan ailənin 3 üzvü, ana və 2 azyaşlı övladları hadisə yerində dünyasını dəyişiblər. Sürücü, qadının həyat yoldaşı və digər övladı isə ağır xəsarətlər alıb.

Sürücünün komada olduğu bildirilir.

Qeyd edək ki, dünyasını dəyişənlər artıq Azərbaycana gətirilib və Gəncə şəhərində dəfn ediliblər.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.