logo

Bu il ən aşağı müsabiqə vəziyyəti II ixtisas qrupunda olub

16:36 24-08-2021 | icon 4802
Bu il ən aşağı müsabiqə vəziyyəti II ixtisas qrupunda olub

Bu il ən aşağı müsabiqə vəziyyəti II ixtisas qrupunda formalaşıb. Ümumiyyətlə, II ixtisas qrupunda 150 və daha yuxarı bal toplayaraq müsabiqəyə buraxılanların hamısının ali təhsil müəssisələrinə qəbul olmaq şansı olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu qrupda subbakalavrların da şanslarını yüksək qiymətləndirmək olar. Amma II ixtisas qrupunda da keçid balları müxtəlif ixtisaslar üzrə fərqlənir. Məsələn, ötən il müəyyən ixtisasların dövlət sifarişli yerlərinə 200 bal ilə də qəbul olmaq mümkün idi. Amma maliyyə ixtisasının dövlət sifarişli yerlərinə 500 baldan aşağı nəticə göstərən qəbul oluna bilməzdi. Beləliklə, nəzərə alınmalıdır ki, abituriyentin balı və seçmək istədiyi ixtisasın ötənilki keçid balı arasında kəskin fərq olmamalıdır.