logo

Heydər Əliyev prospektində yanğın baş verib

15:15 24-08-2021 | icon 3640
Heydər Əliyev prospektində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar xəttinə paytaxtın Nizami rayonu ərazisində - Heydər Əliyev prospektində yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, hasarın alkopandan ibarət üzlüyü yanır. Hadisə barədə əlavə məlumat veriləcək.