logo

Yeni tədris ilinin tətil günləri açıqlandı

18:28 23-08-2021 | icon 4844
Yeni tədris ilinin tətil günləri açıqlandı

Növbəti təhsil ilində ənənəvi olaraq ümumtəhsil müəssisələrində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumtəhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planında qeyd edilib.

Bildirilib ki, dərs ili iki yarımilə bölünür:

Birinci yarımil - 15 sentyabr - 26 yanvar;

İkinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:

5 gün payız tətili (16-20 noyabr);

5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).