logo

Ağsuda mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb

09:23 23-08-2021 | icon 5334
Ağsuda mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb

Ağsu rayonu, Suraxanı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

 YeniAvropa Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, yanğın zamanı dağlıq ərazidə 15 hektar sahədə quru ot və kol-kos yanıb.

Alov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.