logo

Lerikin Soru kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb

16:46 22-08-2021 | icon 3934
Lerikin Soru kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Lerik rayonunun Soru kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat verilib.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin bir helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, dağlıq ərazidə kol-kos və qurumuş ağac kötükləri yanır.