logo

Zaqatalada yük maşını körpüdən aşdı

17:30 18-08-2021 | icon 4004
Zaqatalada yük maşını körpüdən aşdı

Zaqatalada yük maşını körpüdən aşıb.

 YeniAvropa xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonunun Mazıx kəndi ərazisindən keçən hissəsində baş verib.

"Qazel" markalı, 34 AC 272 dövlət nömrə nişanlı yük maşını idarəetməni itirərək  çayın üzərindəki körpüdən  aşıb.

Qəza nəticəsində sürücü maşında sıxılmış vəziyyətdə qalıb. Sürücünü xilas etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.