logo

Paytaxtda “Audi” ilə "Jiquli" toqquşdu: 2 nəfər öldü

14:07 17-08-2021 | icon 4165
Paytaxtda “Audi” ilə "Jiquli" toqquşdu: 2 nəfər öldü

Avqustun 17-də Nizami rayonu ərazisində paytaxt sakini E.Məmmədovun idarə etdiyi “Audi” markalı və Sabirabad rayon sakini Baba Kaxidzenin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya verilən məlumata görə, nəticədə B.Kaxidze və sərnişini Həmid adlı şəxs aldıqları ağır xəsarətlər alıblar. Həmin şəxslər xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.