logo

Dənizdən 14 yaşlı oğlanın meyiti çıxarılıb

14:15 15-08-2021 | icon 4249
Dənizdən 14 yaşlı oğlanın meyiti çıxarılıb

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazi) batan 2007-ci il təvəllüdlü Əhmədov Nahid Namiq oğlunun axtarışları başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki,  Natiq Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.