logo

Sumqayıtda "Azərenerji"nin mühəndisi faciəli şəkildə öldü

14:10 13-08-2021 | icon 4375
Sumqayıtda "Azərenerji"nin mühəndisi faciəli şəkildə öldü

Avqustun 12-si saat 13 radələrində Sumqayıt şəhər sakini Qəmərəddin Məmmədovun işlədiyi yerdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, araşdırmalarla Qəmərəddin Məmmədovun mühəndis vəzifəsində işlədiyi “Azərenerji” ASC–nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin həyətində yerdəyişmə işləri görülərkən paylayıcı qutunun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində öldüyü müəyyən olunub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.