logo

Gəncədə qardaş bacısını bıçaqlayıb

20:50 12-08-2021 | icon 4347
Gəncədə qardaş bacısını bıçaqlayıb

Gəncə şəhərində qardaş bacısına bıçaqla xəsarət yetirib.

YeniAvropa xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, Çəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Əzizova Ayişə Şehrəddin qızı qardaşı tərəfindən bıçaqlanıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.