logo

Qubada fəhlə işlədiyi binadan yıxılaraq ölüb

20:12 12-08-2021 | icon 4186
Qubada fəhlə işlədiyi binadan yıxılaraq ölüb

Quba rayonunda fəhlə işlədiyi binada faciəvi şəkildə ölüb.

 YeniAvropa xəbər verir ki, bu brədə Quba rayon Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, hadisə şəhərin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, tikintidə fəhlə işləyən Quba şəhər sakini, 1967-ci il təvəllüdlü Elman Məcnun oğlu Abbasov yıxılaraq ölüb.

Hadisə yerinə Quba rayon Prokurorluğunun əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, bu eyni tikilidə baş verən sayca ikinci ölüm hadisəsidir. Bir müddət  bundan əvvəl  həmin binada fəhlə elektrik enerjisi vurması səbəbindən dünyasını dəyişib.