logo

Tovuzda dağlıq ərazidə baş verən yanğın söndürülüb

17:12 12-08-2021 | icon 4060
Tovuzda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Tovuz rayonunun Yanıqlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yanğın zamanı dörd hektar sahədə qaratikan kolları və quru ot yanıb.

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti tərəfindən söndürülüb. Yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən onun söndürülməsi üçün əsasən əl əməyindən istifadə edilib.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.