logo

Bu gün məktəbəhazırlıq qrupları üçün məktəb seçiminə start verilir

10:50 12-08-2021 | icon 6797
Bu gün məktəbəhazırlıq qrupları üçün məktəb seçiminə start verilir

Bu gün saat 11:00-da məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçiminə başlanılır.

 YeniAvropa xəbər verir ki, bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.

Xatırladaq ki, Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarına elektron qeydiyyatla bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətləri təqdim edir:

- Təhsil Nazirliyinin “Çağrı Mərkəzi” 146-0;

- Təhsil Nazirliyinin +994 51 206 78 48 vatsap nömrəsi;

- Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən “Virtual qəbul” bölməsi.