logo

Novxanıda dənizdə batan şəxsin axtarışları davam edir

19:09 10-08-2021 | icon 4165
Novxanıda dənizdə batan şəxsin axtarışları davam edir

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun batması barədə məlumat daxil olub.

 YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd edilib ki, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.