logo

"Gənclik" metrosunda qadın qatar yoluna düşdü

13:33 10-08-2021 | icon 4032
"Gənclik" metrosunda qadın qatar yoluna düşdü

Bu gün saat 12:51-də "Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasında qadın qatar yoluna düşüb. 

YeniAvropa xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, stansiyaya yaxınlaşan qatarın maşinisti qatarı dayandırıb və aidiyyəti üzrə məlumat verib.

Bundan sonra yola elektrik gərginliyinin verilməsi dayandırılıb, sərnişin qatar yolundan çıxarılıb.