logo

Bakıda qadın özünü binadan atdı

22:19 09-08-2021 | icon 3710
Bakıda qadın özünü binadan atdı

Bu gün axşam saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində intihar hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Yavər Əliyev küçəsində yerləşən "Akkord" yaşayış kompleksində qeydə alınıb.

30-35 yaşlı qadın özünü binanın damından atıb.
O, hadisə yerində keçinib.
İlkin məlumata görə, intihar edən qadın sözügedən binanın sakini olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.