logo

Qəbələ şəhərində baş verən yanğın məhdudlaşdırılıb

20:49 09-08-2021 | icon 3647
Qəbələ şəhərində baş verən yanğın məhdudlaşdırılıb

Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən bildirilib.Qeyd edilib ki, yanğının yayılma təhlükəsi yoxdur.

İlkin məlumata əsasən, təqribən 2 hektar sahədə quru ot, kol-kos və məişət tullantıları yanır.

Əlavə məlumat veriləcək.