logo

Azərbaycanda vətəndaş məsciddə intihar etdi

22:50 08-08-2021 | icon 3822
Azərbaycanda vətəndaş məsciddə intihar etdi

Kürdəmirdə intihar hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, Cəyli kəndində qeydə alınan hadisə nəticəsində, adıçəkilən kənd sakini, 34 yaşlı Rüstəmov Vilayət Ramiz oğlu özünü məsciddə asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

V.Rüstəmovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.