Əbulfəs Qarayev Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb
Azərbaycanın mədəniyyət naziri Əbulfəs Qarayev UNESCO-nun baş direktoru Odri Azuley ilə görüşüb.
YeniAvropa xəbər verir ki, nazir əvvəlcə O.Azuleni UNESCO-nun baş direktoru seçilməsi münasibətilə təbrik edərək, ona bu vəzifədə uğurlar arzulayıb. Ə.Qarayev ölkəmiz ilə qurum arasındakı yüksək səviyyəli münasibətlərin inkişafından söz açıb. Söhbət zamanı Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və möhkəmlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın töhfələri diqqətə çatdırılıb.
Görüşdə mədəniyyət sahəsində prioritet məsələlər, xüsusilə də Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına töhfələri, “Bakı Prosesi” barədə müzakirələr aparılıb. Bildirilib ki, cari ildə 10 illiyi qeyd olunan “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun təşviqi sahəsində böyük beynəlxalq platformaya çevrilib. Bu prosesdə UNESCO-nun rolu da qeyd olunub.
O.Azuley Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinin UNESCO tərəfindən yüksək qiymətləndirildiyini və dəstəkləndiyini bildirib. Qeyd edilib ki, mədəniyyətlərarası dialoqun inkişafı sahəsində UNESCO-nun ən vacib və önəmli tədbiri hər iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Bugünkü mürəkkəb dünyada belə tədbirlərin xüsusi əhəmiyyəti qeyd olunub.Qeyri-maddi mədəni irsin qorunması sahəsində ölkəmizin nailiyyətlərinə toxunulduğu görüşdə Azərbaycanda bu istiqamətdə görülən işlər, eləcə də ölkəmizin beynəlxalq səviyyədə bu sahəyə verdiyi töhfələr xüsusi vurğulanıb.
Azərbaycanın Ümumdünya İrs Komitəsinə üzvlüyü, bu sahədə təşəbbüslər və gələcək fəaliyyətlər müzakirə olunub. Ölkəmizin bu sahədə verdiyi töhfələr yüksək qiymətləndirilib.
Ağrılı problemimiz - ərazilərimizin 20 faizinin işğalından söz açan Ə.Qarayev bu ərazilərin Azərbaycanın nəzarəti altında olmadığını və həmin torpaqlarda Azərbaycan maddi-mədəniyyət abidələrinin dağıdıldığını diqqətə çatdırıb. UNESCO-nun bu sahəyə necə müdaxilə edə bilməsi müzakirə olunub.
O.Azuley münaqişənin sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, UNESCO öz ekspertizası və təcrübəsi ilə həmin ərazilərdə mədəni irs abidələrinin bərpasına yardım edə bilər.
Söhbət zamanı UNESCO ilə Azərbaycan arasında təhsil və gənclərlə iş sahələrində əməkdaşlığın inkişafı da müzakirə edilib, bu istiqamətlərdə görülən işlər nəzərdən keçirilib. Milli Komitə ilə əməkdaşlıq, onun gələcəkdə UNESCO ilə birgə işlərə daha çox cəlb edilməsi məsələləri müzakirə olunub.
Həmçinin Azərbaycanın zəngin tarixi, multikulturalizm dəyərləri, mədəniyyətlərarası dialoq, tolerantlıq ənənələrindən söhbət açılıb. Tarixi “İpək Yolu” üzərində və müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizdə bu ənənələrin daha da inkişaf etdirilərək, nəsildən nəsilə ötürülməsinin önəmindən bəhs olunub.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub, Azərbaycanın UNESCO-nun missiyasına sadiq qaldığı qeyd edilib.
Söhbət zamanı Azərbaycanın caz musiqisi ənənəsindən də bəhs olunub, onun musiqi irsi kimi mədəniyyətlərarası dialoqa töhfə verdiyi diqqətə çatdırılb. Gələcəkdə qurumun növbəti Caz Gününün Azərbaycanda keçirilməsi müzakirə olunub.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir