logo

Paşinyan Tehranda səfərdədir:Yeni  prezidentin andiçmə mərasiminə gəlib

11:55 05-08-2021 | icon 7266
Paşinyan Tehranda səfərdədir:Yeni  prezidentin andiçmə mərasiminə gəlib

Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfər edib.

YeniAvropa "Sputnik-Armenia"ya  istinadla xəbər verir  ki, səfər çərçivəsində Nikol Paşinyan bu gün İranın yeni seçilən prezidenti İbrahim Rəisi ilə görüşəcək. O, bundan sonra Rəisinin andiçmə mərasiminə qatılacaq.

Qeyd edək ki, İranın yeni seçilmiş prezidentinin mandatının təsdiqlənməsi mərasimi avqustun 3-də İmam Xomeyni məscidində İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin iştirakı ilə keçirilib. Bununla da İbrahim Rəisi səlahiyyətlərinin icrasına başlayıb. O, avqustun 5-də isə prezident kimi üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyi andını içəcək.

Xatırladaq ki, bu, Ermənistanın baş naziri Nikol Paşinyanın cari ildə Tehrana sayca ikinci səfəridir. Bu ilin aprelində İrana səfər edən Nikol Paşinyan Tehranda ölkənin sabiq prezidenti Həsən Ruhani ilə görüşmüşdü.