logo

Banqladeşdə toy məclisinə ildirım düşdü-17 nəfər öldü, bəy yaralandı

11:21 05-08-2021 | icon 2611
Banqladeşdə toy məclisinə ildirım düşdü-17 nəfər öldü, bəy yaralandı

Banqladeşdə ildirım toy mərasiminin azı 17 iştirakçısının həyatına son qoyub.

YeniAvropa "BBC News" telekanalına istinaddən xəbər verir ki, Şibhanc şəhərində qayıqdan enərək gəlinin evinə gedən qonaqlar ildırım zərbələrinə tuş gəlib.

Təbiət hadisəsi nəticəsində daha 14 nəfər, o cümlədən bəy də xəsarət alıb.

Qeyd edək ki, hər il Cənubi Asiya ölkələrində yüzlərlə insan ildırım vurması nəticəsində həyatını itirir. 2016-cı ilin may ayında bu səbəbdən 200-dən çox insan ölüb.