logo

"Tokio-2020": karateçimiz Firdovsi Fərzəliyev də Olimpiada ilə vidalaşdı

09:54 05-08-2021 | icon 7637
"Tokio-2020": karateçimiz Firdovsi Fərzəliyev də Olimpiada ilə vidalaşdı

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

 YeniAvropa xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz A qrupu çərçivəsində sonuncu döyüşünü keçirib. Misirli Əli Elsavi ilə qarşılşan karateçimiz 0:1 hesabı ilə məğlub olub.

Karateçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub. Növbəti döyüşündə təmsilçimiz Yaponiya idmançısı Naoto Saqonu 1:0 hesabı ilə üstələyib. Darxan Assadılov (Qazaxıstan) ilə qarşılaşmada təmsilçimiz 2:6 hesabı ilə məğlub olub.

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək. Karateçimiz qrupda ilk iki pillədə qərarlaşa bilməyib.