logo

Ərdoğan Azərbaycandan gələn yangınsöndürənlərdən razılıq etdi

09:29 05-08-2021 | icon 7217
Ərdoğan Azərbaycandan gələn yangınsöndürənlərdən razılıq etdi

Yardımımıza gələn hər kəsə öz adımdan və millətim adından təşəkkür edirəm. Onların arasında Azərbaycanın fəaliyyəti çox önəmlidir. Azərbaycan bir yanğınsöndürmə helikopteri və çox sayda canlı qüvvəsi ilə yanğınla mücadilə edir.

 YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber” və ATV telekanallarına verdiyi müsahibədə ifadə edib.

Prezident İlham Əliyevin köməyə daha bir təyyarə göndərəcəyi barədə ictimaiyyəti məlumatlandıran dövlət başçısı əminliklə vurğulayıb ki, bununla yanğınla mücadilə işləri tamam fərqli bir mərhələyə gəlmiş olacaq. Hazırda ölkədə 20 təyyarə və 51 helikopter fəaliyyətdədir.