logo

“Tokio-2020”: Güləşçimiz Turan Bayramov da mübarizəni dayandırdı 

09:19 05-08-2021 | icon 2205
“Tokio-2020”: Güləşçimiz Turan Bayramov da mübarizəni dayandırdı 

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio Olimpiadasında ikinci görüşünü keçirib.

 YeniAvropa xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz dörddəbir final mərhələsində Frank Çamizoya (İtaliya) məğlub olub.

İlk görüşdə T.Bayramov Ukrayna təmsilçisi Vasil Mixaylovdan üstün olub.

Xatırladaq ki, ölkəmizin aktivinə üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.