logo

Azərbaycan Türkiyəyə 3-cü yanğınsöndürən heyətini göndərir

20:59 04-08-2021 | icon 1743
Azərbaycan Türkiyəyə 3-cü yanğınsöndürən heyətini göndərir

Sabah səhər Azərbaycandan ölkəmizə on nəfərdən ibarət şəxsi heyət ilə daha bir təyyarə və 40 yanğınsöndürmə maşını ilə 150 yanğınsöndürən gələcək.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qardaş ölkədə davam edən meşə yanğınları ilə bağlı son məlumatında bildirib.

Azərbaycandan gələn ilk heyətin Muğlada davam edən yanğınların söndürülməsi istiqamətində işlərini davam etdirdiyini diqqətə çatdıran nazır Ukraynanın özəl bir şirkətindən icarəyə götürülən dörd təyyarənin Isparta hava limanına endiyini, Israildən icarəyə götürülən daha iki təyyarənin də sabah ölkəyə gələcəyini diqqətə çatdırıb.

M.Çavuşoğlu yardımlarla bağlı Pakistan, Polşa, Gürcüstan, Qazaxıstan, Bosniya və Herseqovina, ABŞ, Kanada və Yaponiyadan yardım təkliflərinin gəldiyini bildirib.