logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 173 min nəfəri ötüb

20:13 04-08-2021 | icon 2639
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 173 min nəfəri ötüb

Avqustun 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 68 min 21 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41 min 934, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 26 min 87 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 187 min 428-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 13 min 620, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 173 min 808 nəfərdir.