logo

Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutublar

18:14 04-08-2021 | icon 7406
Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutublar

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saat 14:50-də Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.